Bəhruz Kəngərli Muzeyinin yaradılmasından 22 il ötür...

 Qeyd olunub ki, muzeyin yerləşdiyi  tarixi bina XIX əsrin sonlarında tikilib. Müxtəlif illərdə  burada qızlar məktəbi, pedaqoji texnikum, tibb məktəbi fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyev  ötən əsrin 30-cu illərində  burada yerləşən  Pedaqoji  Texnikumda təhsil alıb. Ulu öndərin xatirəsini  əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulub və burada onun Xatirə otağı yaradılıb. Ümummilli lider Heydər Əliyev  2002-ci ilin iyunun 18-də  bu mədəniyyət ocağının açılışında iştirak edib, geniş nitq söyləyib, sənətşünaslara, tədqiqatçi alimlərə rəssamın irsinin tədqiq olunmasına dair dəyərli tövsiyyələrini  və tapşırıqlarını verib.

Tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat  Muzeyinin direktoru Aləmzər İbrahimova “Naxçıvanda muzey işinin inkişafı”, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli “Bəhruz Kəngərli ənənələri müasir naxçıvanlı rəssamların yaradıcılığında”mövzularında çıxış ediblər.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.

22.05.2023

125333
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
24
16
89
40
125333

Tarix: 02-05-2024